- "Azərbaycan-Britaniya Məzunları" İctimai Birliyinin layihə iştirakçıları Bakı Ali Neft Məktəbində
- BP-nin vitse prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində olub
- McGraw-Hill Education şirkətinin nümayəndəsi Bakı Ali Neft Məktəbində seminar keçirib
- "EBSCO Information Service" şirkəti BANM-da təlim keçdi
- BMT-nin Proqram direktoru Bakı Ali Neft Məktəbində
- İsveçrənin Endress+Hauser şirkəti Bakı Ali Neft Məktəbində
- STRATEX şirkətinin nümayəndəsi BANM-də
- BP-nin vitse prezidenti Bakı Ali Neft Məktəbində master-klass keçdi
- Cianni Bardazzi Bakı Ali Neft Məktəbində master-klass keçdi
- Malayziyanın Perlis vilayətinin şahzadəsi Bakı Ali Neft Məktəbində
Bakı Ali Neft Məktəbi (BANM) Şimali (Arktik) Federal Universitetinin (ŞAFU) nümayəndələrini qəbul edib. Görüşdə BANM-ın Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov, ŞAFU-nun Energetika, neft və qaz ali məktəbinin direktoru Pavel Maryandışev, ŞAFU-nun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Lyubov Zarubina və Arxangelskdə Azərbaycan diasporasının rəhbəri Tərlan Qasımov iştirak ediblər.
Ali Məktəbin prorektoru Ramiz Hümbətov qonaqları salamlayıb və BANM-ın fəaliyyəti, onun statistik göstəriciləri, həmçinin Azərbaycanda nefq-qaz sənayesinin tarixi və müasir inkişafı haqda geniş məlumat verib.
Qonaq Pavel Maryandışev BANM-ın rəhbərliyinə qonaqpərvərlik və görüş üçün təşəkkür edib, ŞAFU və Energetika, neft-qaz ali məktəbindən danışıb. Direktor həmçinin ŞAFU-da 16 azərbaycanlı tələbənin təhsil aldığını qeyd edib.
Daha sonra Lyubov Zarubina iki ali təhsil müəssisəi arasında mümkün ola biləcək əməkdaşlıq istiqamətlərindən danışıb, tərəflər bu istiqamətdə müzakirələr apararaq müəyyən nəticələr əldə ediblər.