AZ / EN / RU
JGC Corporation şirkətinin nümayəndəsi BANM-də

         Bakı Ali Neft Məktəbinin (BANM) işgüzar əlaqələr qurduğu şirkətlərdən biri JGC Corporation şirkəti (Yaponiya) ola bilər. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov və BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva JGC Corporation şirkətinin Avropa və MDB ölkələri üzrə satış departamentinin əməkdaşı Taişi Yoşidanın iştirak etdiyi görüşdə qarşılıqlı maraqlar və əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə olunub. Tədbirdə SOCAR-ın nümayəndələri - Heydər Əliyev  adına Neft Emalı zavodunun  böyük mühəndisi Rəhman Rəsulzadə və Modernizasiya və yenidənqurma işləri üzrə texnoloji mühəndislik şöbəsinin rəisi Baladadaş Zeynalov iştirak ediblər.

          BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətovun qeyd etdiyi kimi, Ali Məktəbin aparıcı transmilli şirkətlərlə əməkdaşlığı çərçivəsində neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər və onların nümayəndələri mütəmadi olaraq Ali Məktəbdə tələbələr və müəllimlər üçün prezentasiyalar, təlimlər və seminarlar keçirilir, onların müxtəlif tədbirlərdə iştiraklarına, həmçinin şirkətlər tərəfindən tələbələrin istehsal təcrübəsi keçmələrinə şərait yaradılır. Şirkətlərdən bir çoxu Ali Məktəbin yeni kampusunda tədris laboratoriyaları yaradıb, onları müasir texnika və avadanlıqlarla təmin ediblər.

          Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olundu və Anlaşma Memorandumunun hazırlanması haqqında razılıq əldə edildi. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Taişi Yoşidanı SOCAR-ın 25-28 aprel 2017-ci il tarixlərində keçiriləcək “Xəzər və Orta Asiya - ticarət, loqistika, neft emalı” forumuna dəvət etdi. SOCAR və Britaniyanın “Confidence Capital” şirkətin təşkil etdiyi Forumun proqram komitəsinin sədri BANM-in rektoru Elmar Qasımov, həmsədri isə Confidence Capital Ltd şirkətinin baş müdiri Andrey Rudenkodur.

          Beynəlxalq mühəndislik şirkəti olan JGC Corporation-un baş qərargahı Yaponiyada, Yokohama şəhərində yerləşir. 1928-ci ildən əsası qoyulmuş şirkətin əsas fəaliyyətinə  təbii sərvətlərin çıxılması, qida məhsullarının istehsalı, kimya və dərman istehsalı sahəsi, enerji və enerji resurslarının, eləcə də neft və qazın çıxarılması, həmçinin müvafiq  zavodların layihələndirilməsi və tikintisi daxildir.