AZ / EN / RU
British Council-ın Avropa üzrə regional direktoru BANM-də olub

British Council-ın Avropa üzrə regional direktoru Maykl Börd Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru və İngilis dili və humanitar fənlər mərkəzinin müəllim heyəti ilə görüş keçirib.

      Görüşdə  British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələri iştirak ediblər.

      Görüş çərçivəsində qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov, onları Ali Məktəbdə təkrar görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM və British Council arasında olan əməkdaşlığın  yüksək səviyyədə olduğunu vurğulayıb və bu uğurlu əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində danışıb. 

       Öz növbəsində cənab Maykl Börd British Council və BANM arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan  məmnunluğunu bildirib . O, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.  

       Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.