AZ / EN / RU
BANM-in tələbələrinə «Schlumberger» şirkətinin mütəxəssisi mühazirə keçib

«Schlumberger» şirkətinin mütəxəssisi, neft və qaz ehtiyatlarının tədqiqi sahəsində ölçmə cihazları və verilənlərin emalı texnikalarının hazırlanması üzrə nəzəri fizik Martin G.Lalinq Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

Martin G.Lalinq BANM və «Schlumberger» şirkəti arasında yaradılan əməkdaşlıq çərçivəsində tələbələrə "Neft və qaz ehtiyatlarının tədqiqatı və hasilatında fizikanın tətbiqi" mövzusunda mühazirə keçib.