AZ / EN / RU
BANM məktəblərdə piar aksiyasına başladı

          Bakı Ali Neft Məktəbinin (BANM) ictimaiyyət arasında nüfuzunun qorunub saxlanması, Ali Məktəbə abituriyentlərin marağının artırılması, aparılan islahatlar və yeniliklərin çatdırılması məqsədilə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən ənənəvi olaraq hər il aparılan piar aksiyasına start verilib. Tələbələrlə iş şöbəsi ilə əməkdaşlıqda İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə məktəblərdə rəhbərlik və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirilir.

 

 

         

          İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova  Akademik Z.Əliyeva adına liseydə keçirilən görüşdə 11-ci sinif şagirdlərinə Ali Məktəblə bağlı ətraflı məlumat verərək BANM-də təhsil sistemi və tədrislə bağlı danışıb. Zeynab Kazımova Ali Məktəbin fəaliyyət istiqamətləri və perspektivləri barədə söz açıb. O, eyni zamanda Ali Məktəbdə tələbələr üçün hərtərəfli şərait şərait yaradıldığını və rəhbərlik səviyyəsində hər zaman tələbələrin bütün təşəbbüs və layihələrinin dəstəkləndiyini qeyd edib.

 

          Sonra sözügedən liseyin məzunları olmuş hazırda BANM-də təhsil alan Kənan Sadıqov və Vüqar Həsənov BANM-də tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda danışıblar. Tələbə cəmiyyətləri və klubları haqqında məlumat veriblər.

 

          Sonda şagirdlərin çoxsaylı sualları cavablandırılıb, onlara bukletlər paylanıb və Ali Məktəbə xüsusi maraq göstərən bir neçə şagirdə kiçik suvenir hədiyyə olunub.