
- Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
- Əcnəbi tələbimiz Qoşulmama Hərəkatının beynəlxalq simulyasiya məşğələsində iştirak edir
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ilk dəfə olaraq Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin komediyası əsasında “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” iki hissəli tamaşa nümayiş olunub. Tamaşaya SOCAR-ın və BANM-in rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin rəhbərliyi və bir sıra universitetlərin nümayəndələri, eləcə də BANM-in professor-müəllim heyəti və Ali Məktəbdə təhsil alan tələbələr dəvət olunublar.
Tədbiri çıxış sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qeyd etdi ki, onun başçılıq etdiyi təhsil ocağında dəqiq elmlərlə yanaşı, incəsənətə və yaradıcılığa da eyni dərəcədə maraq göstərirlər. Ali Məktəbin rəhbərliyi və müəllimləri Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də əsl şəxsiyyətlər və vətəndaşlar yetişdirməyə çalışırlar.
“Bizim tələbələrimiz hərtərəfli savadlıdırlar, onlar həm incəsənətlə, mədəniyyətlə, həm də ki yaradıcılıqla maraqlanırlar. Bugünkü tamaşanı buna misal kimi göstərmək olar” - deyə E.Qasımov bildirdi.
Uzun illər Azərbaycan səhnəsində oynanılan dahi Mirzə Fətəli Axundzadənin ölməz komediyası Ali Məktəbin tələbələrinin təqdimatında tamaşaçılarda maraq doğurdu və alqışlarla qarşılandı. Yaradıcı heyət tərəfindən böyük ruh yüksəkliyi, təbii və mahircəsinə ifa olunan tamaşa izləyicilərə böyük təsir bağışladı. Qeyd edək ki, tələbələrin iştirakı ilə tamaşanı səhnələşdirmək ideyası BANM-in rektoru Elmar Qasımova məxsusdur.
Tamaşanın quruluşçu rejissoru BANM-in müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, bədii rəhbəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Baş rolları BANM-in tələbələri Asiman Səidzadə (Müsyo Jordan), Emin Balaşov (Hatəmxan ağa), Sevinc Qafarlı (Şərəfnisə xanım), Əfsanə Zeynallı (Şəhrəbanu xanım ), Nicat Həsənov (Şahbaz bəy), Simuzər Babazadə (Gülçöhrə), Zərifə Orucova (Xanpəri), Niyaz Əhmədzadə (Dərviş Məstəli şah), Yaşar Mustafayev (Qulaməli), Fərhad Qədimov və Leyla Rzayeva ifa ediblər.