AZ / EN / RU
8 Mart bayramı BANM-də

Bakı Ali Neft Məktəbində (BANM) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ali Məktəbinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Tədbiri açan rektor Elmar Qasımov BANM-də çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 mart - Beynəlxalq qadınlar günü münasibəti ilə ürəkdən təbrik edərək,  hər birinə bahar əhval-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzu etdi. “Əvvəllər, qadından danişanda onun evdarlığı və ailəsinə diqqəti önə çəkilirdirsə, bu gün azərbaycan qadını həyatın bütün sahəsində öncüldür və tanınınmaqdadır. İctimai həyatda fəal iştirak edərək, uğurlar qazanaraq, öz səsini eşitdirməyi bacarır”, - E.Qasımov dedi.

 

Rektor Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs hüququnu əldə etdiyini qeyd etdi. “Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti ilə cəmiyyətin ictimai-siyasi, elm və mədəni həyatında qadınların rolu ciddi şəkildə artırılıb. Azərbaycan qadınlarının bütün sahələrdə olan uğurlarına bu gün də dövlət tərəfindən böyük qiymət verilir: Prezident İlham Əliyevin hər il bu əlamətdar gün ərəfəsində ölkəmizin ictimai-siyasi, təhsil, mədəni sahələrində fərqlənən xanımları fəxri adlarla təltif edir”, - rektor dedi. O, qeyd etdi ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxsahəli fəaliyyəti ölkənin çiçəklənməsi və inkişafı üçün gördüyü işlər azərbaycan qadınların ictimai həyatda oynadıqları vacib rolun bariz nümunəsidir.

 

Elmar Qasımov BANM-in kollektivin bütün xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərək, onlara dəyərli hədiyyələr təqdim etdi.

 

Tədbir musiqili konsert proqramı ilə davam edib. Musiqili proqramda BANM-in “Musiqi klubunun” üzvləri öz ifalarında müxtəlif musiqili kompozisiyalar təqdim ediblər.