AZ / EN / RU
BANM-də "Braing engineeRing 2" turniri keçirilib

     Bakı Ali Neft Məktəbinin İntellektual Oyunlar Klubu (BANM  İOK) və Royal Flush komandasının birgə təşkilatçılığı ilə "Brain EngineeRing 2" adlı BANM daxili intellektual turniri keçirilib.  Yarış artıq 2-ci dəfədir ki, BANM tələbələri arasında keçirilir. Birinci turnirdən fərqli olaraq bu dəfəki turnirin 2 qonaq komandası olub. Komandalardan biri “Universe” komandası 4 ali məktəbin (ADA, ADU, BDU, ADİU) tələbələrindən ibarət olub, digəri isə məktəblilər arası intellektual oyunların qalibi  olan “Diyanət” liseyinin komandası olub. 100-ə yaxın  oyunçunun qatıldığı turnir “Brain-ring” formatında keçirilib və fasilədə BANM musiqi klubunun maraqlı ifaları olub, həmçinin kofe fasiləsi də təşkil olunub. Sonda qalib komandaların üzvləri kubok, diplom və hədiyyələrlə təltif olunub.

    Qeyd edək ki, “Braing engineeRing 2” turnirinin “Royal Flush” təşkilatçı  komandasının kapitanı BANM-in “Neft-qaz mühəndisliyi ixtisası” üzrə təhsil alan 2-ci kurs tələbəsi, həmçinin BANM TGT-nin sədri və BANM  Debat klubunun rəhbəri Şəmsi Musayevdir.