AZ / EN / RU
Bakı Ali Neft Məktəbində Yaz Futbol turniri davam edir

     Bakı Ali Neft Məktəbində (BANM) Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “La BANM” adlı növbəti futbol turniri keçirilir. Turnirdə BANM-in tələbələrindən ibarət 10 komanda oynayır: Nightmare, As-İf,  Northstar, Rebels-750, Bulls, Daredevils, Autsayders, Legends United, Gədəbəy City, Dark Horse.

      Qeyd edək ki, BANM tələbələri arasında keçirilən daxili futbol turniri ənənəvi olaraq Ali Məktəb yaradıldığı vaxtdan hər il 2 dəfə Yaz və Payız turnirləri olmaqla keçirilir. Ənənəvi olaraq AFFA-nın stadionunda keçirilən yarışlarda qalib komandaların heyətlərinə rəhbərlik tərəfindən müxtəlif hədiyyələr təqdim edilir. Qalib komandalar BANM-i ali məktəblərarası turnirlərdə təmsil etmək hüququ qazanır.