AZ / EN / RU
Bakı Ali Neft Məktəbində "Kinomaniac" turniri

          Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin İntellektual Oyunlar Klubu və “Xəmsə” Milli intellektual oyununun dəstəyi ilə “Legends Cup” turnirinin sual yazarlarından olan “Dream Team” komandasının təşkilatçılığı ilə “Kinomaniac” adlı turnir keçirildi.

 

          Film tematikasında və “Xəmsə” intellektual oyununun formatında keçirilən turnir böyük marağa səbəb oldu. Turnirin qalibi “INFERNO” komandası, 2-ci yerin sahibi - “ChemEngineers” komandası və 3-cü yerin sahibi - “Six Pack” komandası olmuşdur. Sonda qalib komandalar kubok və medallarla təltif olunmuşdur.