AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin təqdimatları davam edir

          Bakı Ali Neft Məktəbi (BANM) haqqında abituriyentlərin məlumatlanmasını təmin etmək və onlarda mühəndislik sahəsinə marağı artırmaq, Ali Məktəbdə aparılan islahatlar və yeniliklərin ümumilikdə cəmiyyətə çatdırılması məqsədilə ənənəvi olaraq hər il aparılan təqdimatlar davam edir. Aksiya çərçivəsində orta məktəblərdə rəhbərlik və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirilir. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və Proseslərin avtomatlaşdırılması mühəndisliyi  kafedrasının əməkdaşı Yaqut Həsənova və Kimya mühəndisliyi kafedrasının müəllimi Rima Quliyeva Nizami rayonunda yerləşən “Zəngi” liseyində, 70 saylı məktəbdə, Nəsimi rayonunda yerləşən Texniki Humanitar Liseydə, 211 saylı məktəbdə, Qaradağ rayonunda yerləşən 253 və 228 saylı, Suraxanı rayonunda yerləşən Xarici Dillər təmayüllü Gimnaziyada, Binəqədi rayonunda yerləşən 3 və 217 saylı məktəblərdə, Sabunçu rayonunda yerləşən 252, 192 və 309 saylı məktəblərdə, Sumqayıt şəhərində yerləşən 1 saylı məktəbdə və N.Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində  keçirilən görüşlərdə 11-ci sinif şagirdlərinə Ali Məktəblə bağlı təqdimatlar ediblər.