
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Sancay Rana BANM-də professor-müəllim heyəti, tələbələr və əməkdaşlar üçün “Dr. B.R. Ambedkar: Hindistan konstitusiyasının banisi və onun ölkənin yoxsul təbəqəsi və qadınların azadlığına istiqamətlənən vətəndaş hüquqlarında rolu” adında təqdimat keçirib.
Dəyərli qonağı salamlayan BANM-in rektoru Elmar Qasımov səfir və onun diplomatik karyerası haqqında tədbir iştirakçılarına qısa məlumat verdi və təqdimatın dünyanın ən böyük və gözəl ölkələrindən biri olan Hindistanın özünəməxsus mədəniyyətini və zəngin tarixini öyrənməkdə tələbələrə kömək edəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə çıxış edən səfir Dr. Bim Rao Ambedkar və onun peşəkar və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdi. 2017-ci ilin aprel ayında 126-cı ildönümü qeyd olunan Dr. Bim Rao Ambedkar Hindistanın hüquqşünası, siyasətçisi və sosial islahatçısı olmuşdur. O yoxsul ailədə anadan olmuş, müstəqil Hindistanın ilk ədliyyə naziri və Hindistan konstitusiyasının banisi olmuşdur. Dr. Ambedkar Hindistanın müasir tarixinin ən görkəmli şəxslərindən biri olmaqla sosial və gender ayrı-seçkiliyi ilə mübarizəsi və Hindistanın demokratik ölkə kimi inkişafında töhfəsi ilə yadda qalmışdır. Təqdimatdan sonra səfir iştirakçıların suallarını cavablandırmışdır.
Səfir Sancay Rana Azərbaycan və Hindistan arasındakı yaxın dostluq münasibətləri haqqında məlumatları bölüşdü. O qeyd etdi ki, iki ölkə arasındakı sıx münasibətlər qarşılıqlı və səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcək. Səfirin sözlərinə görə Hindistanın Texniki İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində Hindistan hökuməti dövlət işçiləri və peşəkarlar üçün Hindistanın aparıcı universitetlərində tam maliyələşdirilmiş təlim kurslarını təqdim edir. Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.
Səfir BANM-ə təkrarən dəvət olduğuna görə ali məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirdi.