
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib.
Prezident İlham Əliyev kampusun açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Bakı Ali Neft Məktəbinin kampusunun inşasına 2012-ci ilin aprel ayında başlanılıb. Kampusun ümumi ərazisi 7 hektardır. Bunun 47 min kvadratmetri ümumi tikinti sahəsi, 42 min kvadratmetri isə əsas korpusun sahəsidir. Kampusda əsas korpus, 400 çarpayılıq yataqxana, fitnes mərkəzi, 1000 yerlik süni örtüklü stadion, iki qazanxana, 10 kilovoltluq elektrik yarımstansiyası, iki su hovuzu, nasosxana, dörd keçid məntəqəsi, iki tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları var.
Əsas korpus isə 600 nəfərlik akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, soyunub-geyinmə otaqları, 110 yerlik auditoriya zalı, 300 yerlik yeməkxana, tədris auditoriyaları, inzibati və xidməti otaqlar, müasir tədris laboratoriyaları, kitabxana və üzmə hovuzu olan uşaq bağçasından ibarətdir.
Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunda təlim-tədris üçün yaradılan şəraitlə tanış oldu.