AZ / EN / RU
BANM-də EBSCO Discovery Service üzrə təlim keçirilib

Kitabxanalar üçün informasiya xidmətləri və elektron resurslar təklif edən dünyanın aparıcı şirkətlərindən biri olan EBSCO-nun nümayəndələri  İrina Krejçarova və Dalibor Parak  Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları üçün EBSCO Discovery Service üzrə  təlim keçiriblər.

        İrina Krejçarova  öz prezentasiyasında EBSCO və EBSCO Discovery Service (EDS) - yüksək texnoloji xüsusiyyətlərə malik bir pəncərədən idarə olunan axtarış sistemi və məlumat bazası haqqında məlumat verib və sistemin iş prinsiplərini nümayiş etdirib.

        EBSCO-nun digər nümayəndəsi Dalibor Parak  EDS xidmətinin sadə və mürəkkəb axtarış aparmaq funksiyasının texniki tərəfi  və sistemə digər mobil qurğulardan daxil olmaq imkanlarına toxunub.

        Təlim Ali Məktəbin akademik cəmiyyətinin  EDS xidmətinin istifadəsi üzrə bilik və bacarıqlarının artırılmasına yardım etmək üçün nəzərdə tutulub. Digər tərəfdən isə EDS xidməti istifadəçini / müştərini az səy və vaxt sərf etməklə öz tədqiqat ehtiyaclarını ödəmək  və  keyfiyyətli informasiya ilə təmin etmək məqsədi daşıyır.

        Şirkət BANM əməkdaşlarına  EDS xidmətindən sınaq müddətinə istifadə etmək  imkanı yaradıb və bu ilin sonuna qədər  EDS xidmətinin BANM kitabxana sisteminin bir hissəsi olacağı gözlənilir. Sistemin tətbiq olunmasının əsas məqsədlərindən biri  universitet kitabxanasının informasiya resurslarının maksimum istifadə olunmasını təmin etməkdən ibarətdir.