AZ / EN / RU
Bakı Ali Neft Məktəbinə AMEA mərkəzi kitabxanasından hədiyyə

          Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanası öz mübadilə fondundan Bakı Ali Neft Məktəbinə (BANM) azərbaycan, rus və ingilis dillərində bütün sahələr üzrə 248 nüsxə kitab hədiyyə edib. Kitablar arasında fizika, kimya, geologiya elmlərinə aid əsərlər üstünlük təşkil edib. Hədiyyə olunan kitablara görə Ali Məktəbin kollektivi  təşəkkür edir və bundan sonra da qarşılıqlı əməkdaşlığı davam etdirməyə ümid edir. Maraqlananlardan BANM-in kitabxanasına müraciət etmələri xahiş olunur.