AZ / EN / RU
Bakı Ali Neft Məktəbi ilə CIMA arasında tərəfdaşlıq inkişaf edir

          Bakı Ali Neft Məktəbinin (BANM) Rəhbərlik yanında aparatın proqram üzrə meneceri Üzeyir Bağırov British Council-ın təşkil etdiyi Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri İnstitutunun (CIMA) regional direktoru Vadim Bozhenik ilə görüş keçirib. Görüşün əsas məqsədi dünyada idarəetmə mühasibatlığı və tərəfdaşlıq imkanlarının inkişaf etdirilməsi idi.

 

          CIMA-nın regional direktoru Vadim Bozhenik təhsil müəssisələri ilə tanışlıq və əməkdaşlıq əlaqələrinin müzakirəsi üçün Azərbaycana səfər edib. Görüşdə Azərbaycanda iqtisadiyyat, mühəndislik, mühasibatlıq, maliyyə, biznes və digər istiqamətdə proqramlar tədris olunan universitetlərin nümayəndələri iştirak ediblər. Görüş zamanı BANM-in təmsilçisi Ü.Bağırov CIMA regional direktoruna Ali Məktəb haqqında məlumat verərək ortaq tərəfdaşlıq imkanları müzakirə edib. O, həmçinin BANM-in strateji inkişafının tərkib hissəsi olan Ömürboyu təhsil çərçivəsində CIMA tərəfindən təqdim edilən təlim və sertifikatların əhəmiyyətli yeri olacağını bildirib.