AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçülərindən I qrup üzrə ölkə rekordu

           Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 24-ü Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Beləliklə, BANM I ixtisas qrupu üzrə ölkə lideri oldu. BANM bununla da I ixtisas qrupu üzrə tarixi rekordu müəyyənləşdirdi. Belə ki, buna qədər böyük rəqabətin getdiyi I qrupda heç bir universitet maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmamışdır.

 

            24 Prezident təqaüdçüsündən 7 nəfər 700 bal, 13 nəfər 695 bal, 1 nəfər 691 bal, 3 nəfər isə 690 bal toplayıblar. Onlardan 21 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 2 nəfər “Kimya mühəndisliyi”, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını  seçib. 

 

            Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərin sayı 101 nəfərə çatdı. 

 

             Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü

Ali məktəb

Prezident Təqaüdçülərinin sayı

Azərbaycan Tibb Universiteti

26

Bakı Ali Neft Məktəbi

24

Azərbaycan Dövlət İqtisad Universiteti

17

Bakı Dövlət Universiteti

16

Azərbaycan Respublikası Prezidenti Yanında  Dövlət İdarəçilik Akademiyası

9

“ADA” Universiteti

6

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

1

Naxçıvan Dövlət Universiteti

1

UFAZ

1

Polis Akademiyası

1