AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri "Xəmsə" bilik yarışında

          Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR “Azərikimya” İstehsalat Birliyində (İB) 20 sentyabr – “Neftçilər günü”nə həsr olunmuş “Xəmsə” bilik yarışında iştirak ediblər. Yarışın əsas məqsədi tədbir iştirakçılarının dünyagörüşünün artırılması olmuşdur. Bakı Ali Neft Məktəbinin 2 komanda ilə təmsil olunduğu bilik yarışında ümumilikdə 22 komanda iştirak etmişdir.

 

 

          Münsiflər heyəti və ekspertlərin nəzarəti altında keçirilən yarış 3 seçim və 1 final mərhələsindən ibarət olmaqla 4 saata qədər davam edib. Yarışda Gənc Mühəndislər Cəmiyyətinin komandası I yer, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq II və III yerləri tutub. FHN Sumqayıt Regional Mərkəzinin komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb. Bakı Ali Neft Məktəbinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb. Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub.