
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu başlayır
- Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
- Dünya Enerji Universitetləri Şəbəkəsinin sədri Elmar Qasımova təşəkkür etdi
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda “Bakı Ali Neft Məktəbi» Intellektual Oyunlar Klubu, «Maqnat” Intellektual Oyunlar Klubunun təşkilatçılığı ilə 20 sentyabr –“Neftçilər günü”nə həsr edilmiş “Nə? Harada? Nə zaman?” formatlı “Black Oil, Bright Minds 2” adlı turniri keçirilib.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov iştirakçıları və qonaqları salamlayaraq bu cür intellektual oyunlar sayəsində gənclərin özünü ifadə və təsdiq etmək üçün gözəl imkanlar yaratdığını dedi.
Turnirdə Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransa-Azərbaycan Universitetinin (UFAZ) 25 komandası iştirak edib.
“Black Oil, Bright Minds 2” turnirinin nəticələrinə görə, “Katarsis” komandası (ADNSU) 1-ci yerə, “NMies” komandası (BANM) 2-ci yerə, “Brain Master” komandası isə 3-cü yerə layiq görüldü. Qaliblər kubok və medallarla təltif olunublar.