AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin ilk magistr tələbələri

        Yeni tədris ilində birinci kurs tələbələri ilə yanaşı ilk magistr tələbələri də Bakı Ali Neft Məktəbinə (BANM) qədəm qoyublar. BANM-in ilk magistr tələbələri 17 nəfərdir, onların 14 nəfəri Ali Məktəbin məzunları, 3-ü isə Bakı Mühəndislik  Universitetini bitiriblər. Magistratura səviyyəsinə qəbul olunan 6 tələbə “Neft-qaz mühəndisliyi”, 11 tələbə isə “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alır.

 

         Hər iki ixtisas üzrə mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında 2 diplom layihəsi çərçivəsində ingilis dilində keçirilir, məzunlara sözügedən universitetin və BANM-in diplomları təqdim olunacaq.

 

         «Ötən tədris ilində Ali Məktəb üçün mühüm hadisələrdən biri də - magistratura səviyyəsinə ilk qəbulu oldu”, - BANM-in rektoru Elmar Qasımov dedi.- “Cari ilin may ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə Ali Məktəbin yeni kampusunun təntənəli açılışı, iyulda isə - BANM-də ilk Məzun günü keçirilib. Əminəm ki, BANM-də magistr proqramının həyata keçirilməsi bizim bütün təşəbbüslərimiz kimi uğurla nəticələnəcək”.