AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin rektorundan müəllim heyətinə təbrik

Əziz müəllimlərimiz,

 

                           5 oktyabr - Beynəlxalq Müəllimlər Gününüz mübarək!

 

        Bu tarix ilk dəfə 1966-ci ildə YUNESKO-nun qərarı ilə qeyd olunmağa başlanan bu tarix ölkəmizdə də 1993-cü ildən bəri bayram günü kimi qeyd edilir. Məhz bu gün tələbələr və şagirdlər öz sevimli müəllimlərinə təşəkkür edir və onları təbrik edirlər.

 

        Hər birimiz həyatda əldə etdiklərimizi bilavasitə müəllimlərimizə borcluyuq. Bizə həyatda hər hansı sahəni sevdirən, bizi uğura istiqamətləndirən, şəxsi keyfiyyətlərimizi formalaşdırmaqda kömək edən və nailiyyətlərimizə ürəkdən sevinən müəllimlərimizdir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir hissəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” – deyərək, Ümummilli liderimiz Heydər Əliyev müəllimlərə olan sonsuz hörmət və sevgisini ifadə etmişdir.

 

       Mən də bu gün Ali Neft Məktəbində çalışan bütün müəllim heyətinin peşə bayramını ürəkdən təbrik edirəm və fəxr edirəm ki Sizlərin əməyinizin bəhrəsi olan tələbələrimiz Ali Neft Məktəbini bitirdikdən sonra öz sahəsində profesional kadr və cəmiyyətə yararlı şəxsiyyət kimi tam yetişmiş olurlar. Əməkdaşlıq etdiyimiz şirkətlərin tələbələrimizə olan marağı və məzunlarımızın ölkənin ən tanınmış şirkətlərində bilikli mütəxəssis olaraq çalışmaları bunu bir daha sübut edir. Bu fəaliyyətiniz üçün mən Sizə dərin təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

 

 

                                                                          Hörmətlə,  Elmar Qasımov

                                                                       Bakı Ali Neft Məktəbinin rektoru