
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu başlayır
- Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
- Dünya Enerji Universitetləri Şəbəkəsinin sədri Elmar Qasımova təşəkkür etdi
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı, BP və onun tərəfdaşlarının sponsorluğu və TwentyEighty Strategy Execution (STRATEX ) şirkətinin texniki dəstəyi ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbinin növbəti “Layihəyə Rəhbərlik, Menecment və Kommunikasiya” modulu 6-8 oktyabr 2017-ci il tarixlərində keçirilib. Təlim İngiltərənin Stratex şirkətinin peşəkar təlimçisi Piter Onil tərəfindən aparılıb. O bu kursda məhsuldarlığı yüksəltmək üçün motivasiedici dəyərlər sistemini, liderlikdə biznes və şəxsi etikanın rolunu, liderlik strategiyalarını, Liderliyin İnkişafı Planı kimi maraqlı mövzuları iştirakçılara mənimsədib. Qeyd edək ki, Piter Onil Layihələrin İdarə edilməsi üzrə 25 ildən çox təcrübəyə malik olan beynəlxaq yazıçı və təlimçidir. Piter BP-nin Qlobal Proyektlər İnstitutunda da çalışır və vaxtının 50%-dən çoxunu kouçinq və təlimlərə sərf edir. O son 10 ildə Avropa,Yaxın Şərq, Afrika regionlarında iri dövlət proqramlarını həyata keçirmiş və BP, Unilever, Nasdaq və bir çox iri şirkətlərin daxili proqramları üzərində işləmişdir.
BANM-in rektoru Elmar Qasımov təlimlərin gedişatı ilə maraqlanmaq üçün, Piter Onil ilə görüşmüş, ona səmimi ürək sözlərini çatdırmış və işlərində uğurlar arzulamışdır.