AZ / EN / RU
BANM və Almaniyanın "Lucas-Nülle" şirkətinin əməkdaşlığı

        Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov  yüksək keyfiyyətli təlim  sistemlərinin inkişafı və istehsalı üzrə Almaniyanın tanınmış “Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppleri qəbul etmişdir. Qeyd edək ki, “Lucas-Nülle” şirkəti təhsil müəssisələri üçün müasir avadanlıqlar və proqram təminatı üzrə bir dünya lideridir.

 

        BANM və “Lucas-Nülle” şirkəti arasında başlanmış əməkdaşlığın fəaliyyətindən öz razılığını bildirən Elmar Qasımov, şirkətin BANM-in yeni açılmış kampusu üçün işləyib hazırladıqları laboratoriyaların dünya standartlarına uyğun olduğunu,  həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yeni kampusunun açılışı günü orada tələbələrin istifadəsi üçün hazırlanmış laboratoriyalara yüksək qiymət verməsinin bu əməkdaşlığın uğurlu nəticəsinin bəhrəsi olduğunu vurğuladı.     

 

        “Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppler isə  Ali məktəbin rektoru cənab Elmar Qasımova birgə fəaliyyət nəticəsində əldə olunan uğurlara görə öz təşəkkürünü bildirərək, bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını bilidirib. O əməkdaşlığın yeni mərhələsi kimi, külək və günəş kimi bərpa olunan enerji üzərindən yeni laboratoriyaların quraşdırılması və eyni zamanda bu sahə üzrə BANM-in mütəxəssisləri üçün  Almaniyanın ixtisaslaşmış təlimçiləri tərəfindən təlimlərin keçirilməsi imkanlarından danışdı.

 

       Tərəflər BANM  və “Lucas-Nülle” şirkətinin birgə fəaliyyətindən alınmış müsbət nəticələrini nəzərə alaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi və  davam etdirilməsininin zəruriliyini təsdiq etdilər.

 

       Sonda xatirə şəkli çəkdirildi.