AZ / EN / RU
BANM-də "Elm və din" mövzusunda seminar keçirildi

          Bakı li Neft Məktəbində (BANM) tələbələrin dünyagörüşünün genişləndirilməsi, onlara multikultural dəyərlərin düzgün aşılanması məqsədilə növbəti seminar keçirildi. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələr iştirak etdilər. Seminarda elmi koordinator, Ali Məktəbin “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Fuad Vəliyev “Elm və din” mövzusunda təqdimatla çıxış etdi.

 

          Məruzəçi çox sayda mənbələrə, tarixi faktlara və öz şəxsi təcrübəsinə əsaslanaraq qloballaşan dünyada elm və dinin əsas konsepsiyaları, bundan yaranan prinsiplərin əsas xüsusiyyətləri, nəticə etibarilə qərar qəbuletmə kriteriyaları, elmin və dinin paralel müstəvidə və düzgün aşılanması, cəmiyyətin din və elmə yanaşmasında ictimai fəaliyyət baxımından şəxsi keyfiyyətlərin müxtəlif davranış təzahürləri, müxtəlif prizmalardan davranışı müəyyən edən motivasiya sistemləri, mənəvi dəyərlər və cari ilin ölkəmizdə “Multikulturalizm ili” kimi keçirilməsi mövzusunda geniş məlumat verdi.

 

          Diskussiya tələbə və professor müəllim-heyəti arasında müzakirələr, sual-cavab, mövzu ətrafında səsləndirilən fikirlərlə yekunlaşıb.