
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” üzrə təhsil alan tələbələri Gürcüstanın paytaxtı Tbilisidə “XI Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində iştirak ediblər. BANM-i 4-cü kurs tələbələri Emin Hüseynli, Ayaz Səmədli, Anar Piriyev komanda üzvləri və 5-ci kurs tələbəsi Məmməd Cəbrayılov və Rəhim Rəhimli isə trener olaraq təmsil ediblər.
Yarış Azərbaycan, Gürcüstan, Rusiya və Ukraynadan olan tələbələri bir araya toplayıb. Müsabiqənin birinci günü tələbələr üçün fərdi müsabiqə keçirilib. Fərdi müsabiqədə müxtəlif ölkələrdən 117 tələbə iştirak edib. Tələbələrə 4 saat ərzində 9 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib. Müsabiqənin ikinci günü komanda müsabiqəsi keçirilib. Komanda müsabiqəsində 99 komanda iştirak edib. Tələbələrə 5 saat ərzində 12 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib. Müsabiqənin son günü isə nəticələr elan edilib və mükafatlandırma mərasimi keçirilib.
“İki gün ərzində gənc proqramçılar müxtəlif proqramlaşdırma tapşırıqlarının həlli üzərində çalışıblar. Biz 5 saat ərzində C, C++, Java və Python proqramlaşdırma dillərində 12 alqoritmik problemi həll etməli idik. Yüksək nəticə əldə etmək üçün 4-6 problemi həll etmək lazım idi və mən fəxr edirəm ki, biz həm komanda həm də individual şəkildə yüksək nailiyyət əldə edə bildik. ” – deyə iştirakçı Emin Hüseynli bildirib.