AZ / EN / RU
BANM-in tələbələri "Dil - karyeraya gedən yol" müsabiqəsində

          Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Dil - karyeraya gedən yol” IV Ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsində iştirak ediblər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən müsabiqədə tələbələrə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradılıb. Müsabiqədə respublikanın müxtəlif ali məktəblərinin müəllimlərindən ibarət münsiflər heyəti təqdim edilib və ölkə üzrə 16 ali məktəbdən 77 tələbə iştirak edib. Hər bir iştirakçıya seçdiyi mövzunu təqdim etmək üçün 3-4 dəqiqəlik vaxt verilib. Həmin vaxt ərzində iştirakçılar audiovizual materialların köməyilə xarici dildə öz mövzularının təqdimatını ediblər.

 

          BANM-dən həmin müsabiqəyə 10 tələbə - Cavid Məcidov, Aydın Nəsirzadə, Ağaqardaş Camalov, Elçin Allahverdili, Natiq Hüseynov, Pərviz Əzizov, Şaiq Məmişov, Toğrul Kərimov, Rüfət Alcanov və  Ramiz Mahmudov qatılıb. İştirak edən tələbələr arasında BANM-in “Kimya mühəndisliyi” ixtisasl üzrə 2-ci kurs tələbəsi Ramiz Mahmudov öz “Waste Recyclic” adlı prezentasiyası ilə 3-cü yerə layiq görülərək Diplom və mobil telefonla təltif olunub.