AZ / EN / RU
BANM-də "Competitive Programming Problems & Solutions" adlı seminar keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) 3-cü və 4-cü kurs tələbələri tələbələri Competitive Programming Problems & Solutions ( Müsabiqə proqramlaşdırma problemləri və onların həlli yolları) adlı seminarda iştirak ediblər. Seminar Beynəlxalq proqramlaşdırma müsabiqələrinə hazırlıq üzrə yüksək ixtisaslı təlimçi prof. Mixail Medvedyev tərəfindən keçirilib. Burada əsas məqsəd tələbələrin BANM-i və ölkəmizi Beynəlxalq proqramlaşdırma müsabiqələrində və olimpiadalarda layiqincə təmsil edə bilməsi üçün onların düzgün istiqamətləndirilməsi və lazımı bilikləri almasıdır. Seminar zamanı proqramlaşdırma üzrə keçirilən beynəlxalq yarışmalarda gənclərin üzləşdikləri problemlər və onların həlli yolları müzakirə edilib. Prof.Medvedyev tələbələrlə iş zamanı onların proqramlaşdırma üzrə bilik dərəcələrini müəyy edib və bu istiqamətdə onlara məsləhətlər və yeni biliklər verib.

BANM tələbələrinin proqramlaşdırma üzrə müxtəlif müsabiqə və beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyir və onları informasiya texnologiyaları üzrə müxtəlif yarışmalarda iştiraka həvəsləndirir.