
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu başlayır
- Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
- Dünya Enerji Universitetləri Şəbəkəsinin sədri Elmar Qasımova təşəkkür etdi
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan Britaniya Kollecində keçirilən “Üçüncü Bilik Sərgisi”ndə iştirak edib. Sərgidə həmçinin Azercell Telekom, SOCAR Ekologiya Departamenti, STEM təhsil mərkəzi, AREA –Azərbaycan Robotexnika Mühəndisliyi akademiyası , Stem Skaut, Azərbaycan Elm Assossasiyası və müxtəlif beynəlxaq məktəblər təmsil olunublar.
Sərginin açılış mərasimizdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, ABTM-nin idarə heyətinin sədri Xalik Məmmədov, BANM-ın rektoru Elmar Qasımov və digər nümayəndələr iştirak ediblər.
Sərgidə BANM-ın Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminovun rəhbərliyi altında Kimya mühəndisliyi ixtisasının tələbələri öz təcrübə sınaq işlərilə, Proseslərin avtomatlaşdırılması ixtisasının tələbələri hazırladıqları “hörümçək robot”la Ali Məktəbi təmsil edərək sərginin iştirakçıları tərəfindən böyük diqqətlə qarşılanıblar.
Qeyd edək ki alternativ enerji qaynaqlarına həsr olunan bu bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qaliblər ölkəmizi dünyanın müxtəlif ölkələrində təşkil olunacaq beynəlxalq olimpiadalarda təmsil edəcəklər.