AZ / EN / RU
BANM-da YAP-ın 25 illiyinə həsr olunmuş debat turniri keçirilib

        BANM-ın yeni kampusunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) və Debat Vətəndaş Cəmiyyəti İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə YAP-ın yaranmasının 25-ci ildönümünə həsr edilmiş Milli Debat Proqramı çərçivəsində “Debat turniri”nin final mərhələsi keçirilib.

 

        Tədbirdə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov YAP-ın 25 illiyi münasibətilə onun bütün üzvlərini təbrik edib, daha sonra YAP-in yaranmasının tarixindən, onun fəaliyyət istiqamətlərindən və Azərbaycan gəncliyinə verdiyi töhfələrdən danışıb.

 

        BANM-ın rektoru Elmar Qasımov da tədbirin bütün iştirakçılarını salamlayaraq onları BANM-ın yeni kampusunda görməyə şad olduğunu bildirib. Rektor YAP-a üzv olan gənclərin hər zaman ictimai-siyasi mühitdə formalaşdığını qeyd edərək, partiyanın müasir Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında əvəzsiz rolu olduğunu bildirib.

 

       Daha sonra turnirin final mərhələsinə vəsiqə qazanmış Səbail və Yasamal rayonlarını təmsil edən komandalar arasında “Qarabağ MDB məkanında ən böyük münaqişə ocağıdır” mövzusunda debat keçirilib. Final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimində isə debatda ən yaxşı iştirak edən 10 natiq və hakim təltif edilib.       

 

      DVC-nin birinci yerə layiq görülən natiqini isə BANM-ın rektoru Elmar Qasımov təbrik edərək sertifikat və medalla təltif edib.