AZ / EN / RU
Rektor Elmar Qasımovun bayram təbriki

Əziz dostlar,

2017-ci ilin son günlərini yaşayırıq və qarşıda bizi Yeni il gözləyir.

Sizi təbrik edir və gözəl bayram günləri arzu edirəm. 2018-ci ildə Sizə sağlam həyat, arzuların reallaşması, bol enerji və motivasiya diləyirəm.

Bəli, 2017-ci il bizim üçün çox önəmli tarix oldu. Biz bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni kampusumuzun açılışını etdik, ilk məzunlarımızı yola saldıq, magistratura pilləsinə ilk qəbulu həyata keçirdik və nəhayət, bütün göstəricilərlə “İlin   Ali Təhsil müəssisəsi” olduq.

İnşallah biz növbəti ildə bir yerdə bu uğurları davam etdirəcəyik.

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibəti ilə təbrik edirəm.

Bayramlarınız  mübarək!

Dərin  hörmətlə,

Elmar Qasımov

Bakı Ali Neft Məktəbinin rektoru