AZ / EN / RU
BANM-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirildi

      Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və inzibati heyəti iştirak edib.

 

     Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara can sağlığı, ailə səadəti və yeni ildə işlərində uğurlar arzulayıb.

 

      2017-ci ilin BANM üçün tarixi və yaddaqalan il olduğunu vurğulayan rektor ilboyu baş vermiş önəmli hadisələri və uğurları yada salaraq, BANM ailəsini əldə edilən nəticələrə görə təbrik edib. 2017- ci ilin Azərbaycanın neft-qaz sənayesi üçün də önəmli tarix olduğunu qeyd edən Elmar Qasımov, Azəri-Çıraq-Günəşli yataqlarının istismarı üzrə yeni Sazişin bağlanmasını, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə salınmasını və 2 milyard ton neftin hasil olunmasını bütün Azərbaycan xalqının uğuru və gələcək rifahı olduğunu qeyd edib. Rektor bildirib ki,neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının ən bariz nümunəsi olan BANM də bu il olduğu kimi növbəti il də böyük səylə çalışaraq ona olan etimadı və ümidləri doğruldacaqdır. Bu istiqamətdə heyətin hər bir üzvünü həmrəy olmağa çağıran rektor tədbir boyu kollektiv üzvlərinin səmimi etiraf və təbriklərini dinləyib.