
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu başlayır
- Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
- Dünya Enerji Universitetləri Şəbəkəsinin sədri Elmar Qasımova təşəkkür etdi
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
Azərkosmos ASC-nin nümayəndələri Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə “CANSAT Azerbaijan 2018” adlı təqdimat edib. Təqdimat Azərkosmosun Korporativ kommunikasiya şöbəsinin mütəxəssisi Fidan Behbudova və Peyk mühəndisi Rüstəm Zeynalov tərəfindən edilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərkosmos ASC-nin birgə təşkilatçılığı ilə baş tutacaq “CANSAT Azerbaijan 2018” - yaradıcı fikirlərə əsaslanan model peyk müsabiqəsidir. NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu (AIAA), həmçinin kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il ABŞ-da keçirilən bu müsabiqə kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəldilmiş layihədir.
Qonaqlar tədbir zamanı BANM-ın tələbələrinə müsabiqənin şərtləri, qeydiyyatı, bu sahədə mümkün olacaq müzakirələr və təlimlərin keçirilməsi, hesabatların hazırlanması, tələbələr tərəfindən hazırlanmış olacaq modelin səmaya buraxılması, qiymətləndirmə meyarı və nəhayət mükafatlandırma haqqında geniş məlumat verib. Müsabiqənin 7 mərhələdən ibarət olduğunu bildirən nümayəndələr həmin mərhələlər və təqvimlə tələbələri tanış ediblər. Sonda tələbələr Azərkosmosun nümayəndələrinə müsabiqədə iştirakla bağlı suallarla müraciət ediblər.
Qeyd edək ki, 2018-ci ildən Azərbaycanda da bu layihənin keçirilməsində məqsəd ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün bacarıq, vərdişlərin əldə edilməsidir.