
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
Bakı Ali Neft Məktəbinin (BANM) İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Yer elmləri üzrə fəlsəfə doktoru Oktay Rzayevi cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qiymətləndirməsi, prorektorun Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərini nəzərə alaraq həyata keçirilmişdir.
Qeyd edək ki, Oktay Rzayev 2012-ci ildən Bakı Ali Neft Məktəbində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır, eyni zamanda BANM-ın Həmkarlar İttifaqı Komitəsinin sədridir. Daha öncə o, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən iki dəfə fəxri fərmanla təltif olunub.