
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
Bakı Ali Neft Məktəbi Neftçi Mühəndislər Cəmiyyəti (SPE BHOS Student Chapter) BANM-da növbəti texniki sessiyanı təşkil edib. Texniki sessiyaların təşkil edilməsində əsas məqsəd tələbələrin yalnız nəzəri biliklərlə deyil, müxtəlif şirkətlərin mütəxəssisləri digər yeniliklər haqqında məlumat əldə etmələrinə şərait yaratmaqdır.
BANM Neftçi Mühəndislər Cəmiyyətinin Prezidenti, “Neft-qaz mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Orxan Xankişiyev tərəfindən təşkil olunan sessiyada 40 nəfər tələbə iştirak edib. Budəfəki sessiyanın “Quyularda Qumlaşma Problemləri” adlanıb. Mövzu BP şirkətinin Neft-qaz mühəndisi Teymur Sadıqov tərəfindən tələbələrə ətraflı şəkildə təqdim olunub.
Tələbələr mövzu çərçivəsində qumlaşmanın yaratdığı problemlər haqqında geniş məlumatlar əldə edib və bu cür problemlərin həlli yolları ilə tanış olublar. BP-nin məsul əməkdaşı sessiya ərzində tələbələri mövzu ətrafında maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, bu BP AGT regionu üzrə Neft-qaz mühəndisi Teymur Sadıqovun Ali Məktəbdə keçirdiyi ikinci texniki sessiyadir.