
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
- BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı
- Bakı Ali Neft Məktəbinin 5 müəllimi "CISCO" Akademiyasının "İnstruktor" adını qazandı
- Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə "Qarabağın mədəniyyəti və mənəvi sərvətləri" mövzusunda vebinar
Bakı Ali Neft Məktəbində (BANM) Banqladeş hökumətinin nümayəndələri ilə Ali Məktəbin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Enerji və Mineral Sərvətlər Nazirliyi nəzdində Banqaldeş Neft, qaz və mineral korporasiyasının (Petro Bangla) direktoru Alem Camil Əhməd, Banlqadeş Hökuməti, Enerji və Mineral Sərvətlər Nazirliyinin Mineral sərvətlər şöbəsinin katibi Çövdhuri Nazimuddin, Maliyyə Nazirliyində Maliyyə şöbəsinin katibi Bequm Arfin Ara və başqa nümayəndələr iştirak ediblər. Tədbirə həmçinin SOCAR AQŞ-nin baş direktorunun müavini Orxan Vahabov və digər nümayəndələri qatılıb.
Görüşü öz sözlərilə açan Ali Məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqlara Azərbaycanın neft sənayesi haqda məlumat verib, daha sonra BANM-ın strukturu, fəaliyyəti, tədris olunan proqramları, burada təhsilin keyfiyyəti və Ali Məktəbin maddi-texniki təchizatı haqqında ətraflı məlumat verib.
Nümayəndələr Banqladeş hökumətinin neft sektoruna böyük marağının olduğunu qeyd edərək BANM-də Banqladeşdən olan tələbələrin təhsil ala bilmək imkanlarını müzakirə ediblər. Daha sonra neft və enerji sahəsində kadr hazırlığı üzrə mümkün əməkdaşlıq istiqamətləri səsləndirilib.
Ali Məktəbin fəaliyyət və uğurlarını yüksək qiymətləndirən nümayəndələr göstərilən qonaqpərvərliyə görə təşəkkür ediblər.
Görüş zamanı qonaqlara BANM-ın yeni kampusu və Ali Məktəbin fəaliyyətini əks etdirən qısa video çarx nümayiş etdirilib.
Sonda Banqladeş hökumət nümayəndələri ilə xatirə şəkli çəkdirilib.