
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
- BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı
- Bakı Ali Neft Məktəbinin 5 müəllimi "CISCO" Akademiyasının "İnstruktor" adını qazandı
- Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə "Qarabağın mədəniyyəti və mənəvi sərvətləri" mövzusunda vebinar
Bakı Ali Neft Məktəbində (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Şahmat Klubunun “Kings of 64” adlı şahmat turniri keçirilib. BANM THİK-in təşkilati və maliyyə dəstəyilə keçirilən turnirdə İsveçrə sistemində olduğu kimi hər şahmatçıya 10 dəqiqə vaxt verilib. Turnirdə oyunçular şahmat bilikləri səviyyəsinə görə “Masters” (professional oyunçu) və “Challengers” (yeni başlayan oyunçular) qruplarına bölünüb.
"Kings of 64" turnirinin yekun nəticələrinə əsasən “Masters” qrupu üzrə birinci yeri İbrahim Şərifov, ikinci yeri Nizam Zahidli, üçüncü yeri isə Vüsal Kərimov tutub. “Challengers” qrupu üzrə isə birinci yer Tərxan İmanov, ikinci yeri Fərid Qəniyev, üçüncü yeri isə Azər Əliyev qazanıb. Hər iki qrup üzrə qaliblər kuboklarla mükafatlandırılıblar. Qruplar üzrə ilk 3 yerin qalibləri isə medallarla təltif olunublar.
BANM THİK-in sədri Zaur Məmmədzadə qalibləri təbrik edib, şahmata tələbələrimizin diqqətinin böyük olduğunu və BANM-da bu tipli turnirlərin tez-tez müxtəlif formatlarda təşkil olunacağını bildirib.