AZ / EN / RU
BANM-ın müəllimləri Cisco Networking Akademiyasının seminarında iştirak ediblər

        Bakı Ali Neft Məktəbinin (BHOS) "Proseslərin avtomatlaşdırma mühəndisliyi" kafedrasının müəllimləri - dosent Nailə Allahverdiyeva, baş müəllim Süleyman Süleymanzadə və müəllim Eldar Babayev Cisco Şəbəkələşmə Akademiyasının Proqram seminarında iştirak ediblər. Seminar Cisco şirkəti və Cisco Şəbəkələşmə Akademiyasının AzNEXT yanında Müəllimlərə Təlim və Dəstək Mərkəzi tərəfindən təşkil edilib. Tədbirə 13 təhsil müəssisəsinin və hökumət təşkilatının 22 nümayəndəsi qatılıb.

 

         Akademiyanın Korporativ Sosial Məsuliyyət üzrə meneceri Yelena Domotenko iştirakçılara Cisco Şəbəkələşmə Akademiyası ilə əməkdaşlıq imkanlarından, onun perspektivlərdən danşıb. Həmçinin, qurumun texniki məsələlər üzrə meneceri Yevgeni Morozov kurslarla bağlı təqdimat edib, Cisco Sistems tərəfindən yaradılmış kompüter və internet şəbəkələşməsinin vizual simulyasiyası olan Cisco Paket Tracer məhsulu haqqında məlumat verib. 

 

         AzNEXT yanında Müəllimlərə Təlim və Dəstək Mərkəzinin rəhbərinin müavini Emin Seyidov Akademiyanın Azərbaycanda inkişaf tarixindən danışıb və yerli təşkilatlarla gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.