
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu başlayır
- Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
- Dünya Enerji Universitetləri Şəbəkəsinin sədri Elmar Qasımova təşəkkür etdi
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyilə (BANM) Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizi ilə bağlı məsələlərin müzakirə ediləcəyi beynəlxalq konfrans Ali Məktəbin kampusunda keçiriləcək. Bu haqda Ali Məktəbin rektoru Elmar Qasımovun və Bolqarıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yanko Yanakiyevlə görüşü zamanı söhbət açılıb.
Görüş zamanı rektor qonağa Ali Məktəbin fəaliyyəti, onun əldə etdiyi nailiyyətlər, BANM-ın transmilli şirkətlər və nüfuzlu təşkilatlarla əməkdaşlığı, həmçinin beynəlxalq konfrans və forumların təşkilində qazandığı geniş təcrübə haqda məlumat verib.
Yanko Yanakiyevin sözlərinə görə, bu ilin iyun ayında təşkil olunması planlaşdırılan tədbirə Azərbaycandan və müxtəlif ölkələrdən tanınmış ekspertlər, mütəxəssislər, alimlər, dövlət qurumlarının, diplomatik korpusun nümayəndələri və region ölkələrindən KİV-lər dəvət olunacaq.
Təklif üçün qonağa təşəkkür edən Ali Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, BANM rəhbərliyi bu mühüm beynəlxalq tədbirin uğurla həyata keçirilməsi üçün Bolqarıstanın Azərbaycandakı səfirliyinə bütün lazımi dəstəyi verməyə hazırdır.
Görüşdə regionda enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aktual məsələlərin müzakirə ediləcəyi "dəyirmi masa”nın yüksək səviyyədə keçirilməsi üçün birgə təşkilatçılıq işləri haqda məsələlər müzakirə olunub.