AZ / EN / RU
BANM-ın tələbələri SPE-nin "PetroBowl" Azərbaycan Çempionatının qalibi olublar

         Bakı Ali Neft Məktəbində (BANM) Neft Mühəndisləri Cəmiyyəti Azərbaycan Bölməsinin "PetroBowl" Azərbaycan Çempionatı keçirilib. Çempionatda Bakı Ali Neft Məktəbi və digər universitetlərdən olan doqquz komanda iştirak edib.

 

          Neft sənayesinə aid sualların verildiyi intellektual yarışmada suallara ən tez və doğru cavab verən komandalar qalib gələrək növbəti tura vəsiqə qazanıb. Mübarizənin sonunda üç komanda qalib elan edilib. Birinci yerə Ali Məktəbin "OnePetro" komandası layiq görülüb. Qalib komandanın üzvləri BANM-ın “Neft-qaz mühədisliyi” ixtisasının 5-ci kurs tələbələri – Nərmin Abbaslı, Fərhad Qəfimov, Niyaz Əhmədzadə və Vaqif Əliyev olublar.

 

          Çempionatda  “Welldone” komandası ikinci, “Beyond Petrobowl” komandası isə üçüncü yerdə qərarlaşıb. Çempionatda səsləndirilən suallar SPE-nin gənc mütəxəssisləri tərəfindən hazırlanıb və məhz onlar çempionat zamanı qiymətləndirməni həyata keçiriblər. Xatırladaq ki, qaliblər Neft Mühəndisləri Cəmiyyəti Azərbaycan Bölməsinin sponsorluğu ilə 10-12 aprel tarixində Polşada baş tutacaq "PetroBowl" Regional Çempionatında Azərbaycanı təmsil edəcəklər. 

           

           Qeyd edək ki, "PetroBowl" Çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa vəsiqə qazanacığı "PetroBowl" Regional Çempionatında müəyyən edilir.