
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu başlayır
- Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
- Dünya Enerji Universitetləri Şəbəkəsinin sədri Elmar Qasımova təşəkkür etdi
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub. Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Vüsal Quluyev özünün “İstixana Effekti: Artan Entropiya” adlı layihəsini BANM-ın təşkilatı dəstəyi ilə uğurla həyata keçirib. Bakı Ali Neft Məktəbinin (
Layihə beş təlim və iştirakçıların hazırlıq səviyyəsini yoxlamaq üçün bir “Poster” müsabiqəsindən ibarət olub. Təlimlər BANM-ın konfrans zalında keçirilib. Layihədə ölkənin müxtəlif universitetlərindən fərqli ixtisaslar üzrə təhsil alan 100-dən çox tələbə iştirak edib. Eyni zamanda, təlimlərə ölkənin aparıcı universitetinin tələbələri ilə yanaşı SOCAR-ın əməkdaşları da qatılıb.
Təlimlərin açılış mərasimində müəllif Vusal Quluyev layihə haqqında geniş məlumat verib. Daha sonra Bakı Ali Neft Məktəbinin rəhbərliyi adından ümumi işlər üzrə prorektor Rəşad Həsənov çıxış edərək iştirakçılara öz ürək sözlərini çatdırıb, universitetlərin bakalavr, magistratura tələbələrinin və müxtəlif şirkətlərin əməkdaşlarını Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirib. Ali Məktəbin “Neft-qaz mühəndisliyi” kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev, həmçinin “Provitaz MMC” alternativ enerji şirkətinin baş mühəndisi Emin Məmmədov bu sahədə öz biliklərini iştirakçılarla bölüşüb.
Layihə iştirakçıları təlimlər zamanı bütün bəşəriyyətin qarşılaşdıgı qlobal istiləşmə haqqında məlumat alıb, istixana effektinin məğzinin nə olduğunu, planetə təsirindən və nəhayət bütün bunların entropiya ilə əlaqəsi haqqında geniş məlumat əldə ediblər. Sonda iştirakçılar “Poster müsabiqəsi” vasitəsilə qruplar şəklində təlimlər ərzində əldə etdiyi məlumatarın əsasında ortaya çıxan problemləri təsvir edib və həlli yollarını göstəriblər.
Təlimlərdə uğurla iştirak edən bütün iştirakçılar sonda sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.