AZ / EN / RU
TTSİ BANM-da "Peşə etikası" adlı təlimlər keçdi

       Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Kadr hazırlığının təşkili mərkəzi tərəfindən “Peşə etikası” adlı təlimatlandırma kursları keçirilib. Kurslarda BANM-ın “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan birinci və ikinci kurs tələbələri iştirak ediblər. Müxtəlif  qruplar üzrə 5 gün davam edən təlimatlandırma kursu TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzinin müdir müavini Fərid Babayev və Tədrisin Keyfiyyətinə nəzarət şöbəsinin rəis müavini  Rəsul Hacıyev tərəfindən tədris edilib. 

 

       Təlimlərdə tələbələr peşə etikası, etik analiz formaları, peşə hüquqları və onların formaları, peşə etikasında prinsiplər haqqında ətraflı məlumatlar əldə ediblər.

 

        Təlimçilər həmçinin biznesdə düzgün ünsiyyət qaydaları, ünsiyyət vasitələri, ünsiyyət zamanı yaranan problemlər, etik qərarların qəbul olunması prosesi, etik davranış qaydaları, şirkətlə işçi arasında vəhdət, konfliktlərin idarə olunması, problemlə işləmə qaydaları haqqında Ali Məktəbin tələbələrinə olduqca faydalı təlim keçiblər.

 

       Tələbələr üçün təşkil olunmuş bu kurslar onların gələcək karyeraları zamanı üzləşəcəyi suallar və problemlərə indidən hazırlıqlı olmağa kömək edəcək.