
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş ali təhsil müəssisələrinin magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Emil Əmrahov ölkə birincisi olub. Belə ki o, ölkə üzrə imtahanda iştirakı nəzərdə tutulan 12387 bakalavr arasında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal toplayaraq birinci mərhələni uğurla başa vurub.
“İmtahan nəticələrinin elan olunduğu gün xoş bir təsadüf oldu. Ad günümdə bütün respublika üzrə ən yüksək bal topladığını bilmək mənə ikiqat sevinc gətirdi. Ən böyük hədiyyəni elə özüm özümə etdim.”- deyə Emil Əmrahov bildirib.
Qeyd edək ki, Emil Əmrahov BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının beşinci kurs tələbəsidir və o Ali Məktəbə 664 balla daxil olub.