AZ / EN / RU
BANM-ın rektoru SPM-in iştirakçılarına sertifikatlar təqdim edib

      Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti,  BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən və ABŞ-ın  Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbinin yeni “M1” adlı qrupu öz fəaliyyətlərini davam etdirir.

 

       Ötən gün “M1” qrupuna “Risklərin idarə edilməsi” adlı modul keçirilib. Kurs peşəkar təlimçi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov tərəfindən keçilib. Üç gün davam edən kursda iştirakçılar layihə riskini idarə etmək üçün səkkiz mərhələli prosesi, təhlükə və imkanların nisbi dəyərinin ölçülməsi, məhdud staretegiyalardan istifadə etməklə çoxsaylı risklərə nəzarət və digər mövzuları ətraflı mənimsəyibər.

 

       Ali Məktəbin rektoru Elmar Qasımov iştirakçılarla görüşərək təşkil olunan kurslar haqqında onların fikirlərini öyrənib, iştirakçıların ötən modul üzrə əldə etdikləri  setifikatları onlara təqdim edib.

 

       Sözügedən “M1” qrupunun iştirakçıları SOCAR, “Azneft” İB, Azərikimya İB, Neftqaztikinti Tresti, “Azərsu” ASC, BP, Ernst&Young, WorleyParsons, Caspian Business Management and Consulting və s. şirkətlərin nümayəndələrindən ibarətdir. 

 

       Xatırladaq ki, BANM-ın nəzdində fəaliyyət göstərən SPM -  Layihə Menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranları ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Sertifikatı ilə təltif edir.