
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
Bakı Ali Neft Məktəbində (BANM) Brain Master və BANM İntellektual Oyunlar Klubunun təşkilatçılığı və Ali Məktəbin təşkilatı dəstəyi ilə “Musiqili Xəmsə” formatlı "Masters of Music: Sound Of Silence" adlı yarış keçirilib. Yarışda BANM-dan və digər universitetlərdən olan tələbələr, həmçinin Xəmsə Milli İntellektual Oyununun yaradıcısı və Xəmsə televiziya verilişinin layihə rəhbəri Faiq Hüseynov da iştirak edib.
Artıq üçüncü ildir ki, Brain Master komandası tərəfindən təşkil edilən intellektual oyunda iştirakçılara Xəmsə formatlı musiqili suallar verilir və düzgün cavabların sayına əsasən qaliblər müəyyən edilir.
Yarışın sonunda "Royal Flush" komandası 1-ci yer, "The Meme Team" komandası 2-ci yer, "Inferno" komandası 3-cü yer, "Apocalyptica" komandası isə 4-cü yerdə qərarlaşıblar. Qalib komandalar medal və kuboklarla təltif ediliblər.
Yarış ərzində ən yaxşı oyun sərgilədiyinə görə isə BANM-ın üçüncü kurs tələbəsi Fidan Quliyeva "Master of Music" nominasiyasına layiq görülüb.