AZ / EN / RU
BANM-da "Spelling Bee Contest" adlı yarışma keçirilib

          Bakı Ali Neft Məktəbində BANM Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Spelling Bee Contest" adlı yarışma keçirilib. Yarışda 40-a yaxın birinci  kurs (“Foundation”) tələbələri iştirak edib. Yarışmanın əsas məqsədi “Foundation” tələbələrinin İngilis dili və İELTS üzrə hazırlıqlarında keçdiklərinin təkrarlanması, biliklərinin təkmilləşdirilməsi və ən əsası bunun daha əyləncəli yolla təşkil olunmasıdır.

 

          Yarışmanın qaydalarına əsasən verilən sözləri bilməyən iştirakçı yarışmanı tərk edir, sona qalan iştirakçı isə qalib hesab olunur. Yarışın sonunda 1-ci yerin sahibi "SPELLER OF THE YEAR" ünvanına Ali Məktəbimizin “Kimya mühəndisliyi” ixtisasının   birinci kurs tələbəsi Qabil Əliyev olub. Digər iki tələbə - Elmir Əhmədov və Əsədullah Camalov isə müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüblər. Qaliblər kubok, medal, sertifikat və xüsusi hədiyyələrlə təltif olunublar.