AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun Novruz bayramı təbriki

   Əziz BANM ailəsi,

 

   Sizləri baharın gəlməsini bizə bildirən, xoş əhval, yenilik və gözəllik  gətirən Novruz bayramı münasibətilə təbrik edirəm!

 

   Azərbaycanımızın milli bayramı olan Novruz bizə öz tariximizin hədiyyəsidir. İstər yaşlı, istər sə də gənc nəsil xalqımızın adət ənənələrini özündə birləşdirən bu bayramı böyük sevinclə qarşılayır və həvəslə hazırlıqlar görür. Əsrlərlə qeyd etdiyimiz bu bayramın atributları olan şam yandırma, tonqal qalama mərasimi  bu gün də bizdə gözəl təəssüratlar və yeni ümidlər yaradır. Mən arzu edirəm ki, Novruzun gəlişilə hər birinizin ümidləri doğrulsun, istəkləri yerinə yetsin.

 

    Qoy yazın gəlişi hər bir ailəyə ruzi-bərəkət və ailə səadəti gətirsin!

    Sizə və doğmalarınıza bu xoş bayram ərəfəsində yeni əhval-ruhiyyə, cansağlığı, firavan həyat və gözəl günlər diləyirəm!

    Hər birinizə Azərbaycan təhsilinə və doğma yurdun inkişafına yeni töhfələr verməyinizi arzulayıram!

    Novruz  bayramınız  mübarək!

                   

     Hörmətlə,

     Elmar Qasımov

     Bakı Ali Neft Məktəbinin rektoru