
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
Baki Ali Neft Məktəbi Neft Mühəndisləri Cəmiyyəti Ali Məktəbin yeni kampusunda "Fundamental Fənlər Yarışmas" (Fundamental Subjects Competition) adli tədbir keçirib. Tədbir dünya riyaziyyatçılarının hər il martın 14-də qeyd etdiyi beynəlxalq “Pi Günü”nə həsr edilib.
Yarışmada müxtəlif universitetlərdən olan 20 komanda iştirak edib. Tədbirin keçirilməsində məqsəd tələbələrin öz asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaq və fundamental fənlərin önəmini onlara çatdırmaq olub.
Fizika, Riyaziyyat, və Məntiqi əhatə edən yarışma sualları BANM-ın professoru Siyavuş Azakov və baş müəllim Tural Abdullayev tərəfindən hazirlanib. Yarış boyu səslənən suallar üzərində komandalar işləyərək düzgün cavabları tapmağa çalışıblar. Yarışın nəticələrinə əsasən ilk üç yeri Bakı Ali Neft Məktəbinin komandaları qazanıblar.
I yer – “Theory of Responsibility” komandası. Komanda üzvləri: Ramiz Mahmudov, Röya Qədimli, Bəxtiyar Sirinov, Kənan Qocayev
II yer – “ENEMs” komandası. Komanda üzvləri: Nihad Abbasov, Jalə Cəbiyeva, Mirzəxan Əliyev, Nadir Namazov
III yer – “Master Minds” komandası. Komanda üzvləri: Ismət Ağayev, Pərvin Quliyeva, Ilham Marifov, Nigar Əhmədova
Qaliblər sertifikat, kubok və pul mükafatları ilə qiymətləndiriliblər.