AZ / EN / RU
BANM-ın müəllimi beynəlxalq mükafatat aldı

            Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi kafedrasının professoru,  Azərbaycan Respublikası  Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru  Kənan Yusifzadə “Michael E.DeBakey adına Beynəlxalq Cərrahlar Mükafatı”na layiq görülüb. Tibb sahəsində ən böyük beynəlxalq mükafatlardan sayılan bu bu nailiyyəti o,  ABŞ-ın Merilend ştatında Volter Rid adına Milli hərbi tibb mərkəzində keçirilən beynəlxalq konfransda alınan qərara əsasən əldə edib.

 

            Bütün dünyadan hərbi cərrahların toplandığı konfransda hər il hərbi tibb sahəsində xidmətinə görə mükafatlandırma mərasimi keçirilir. Bu il isə bu mükafata Azərbaycanda hərbi tibb sahəsində göstərdiyi xidmətlərə görə Kənan Yusifzadə layiq görülüb.

 

           “Mən bu mükafatı mənə həm bir həkim kimi, həm də Dövlət Sərhəd Xidmətinin rəhbəri kimi verilən yüksək qiymət olaraq görürəm. Son illər hərbi hospitalın işində göstərilən tibbi xidmətin keyfiyyətinə dair əsaslı yeniliklər, müsbət dəyişikliklər etmişik. İndi hospitalda yalnız hərbçilər deyil, həm də digər şəxslər yüksək səviyyədə tibbi kömək ala bilərlər.” – deyə Kənan Yusifzadə bildirib. 

 

            Qeyd edək ki, Kənan Yusifzadə 2016-ci ildən BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnindən dərs deyir.

 

             BANM ailəsi adından Ali Məktəbimizin professoru Kənan Yusifzadəni nüfuzlu beynəlxalq mükafat alması münasibətilə təbrik edir və ona həm müəllim, həm həkim, həm də bir rəhbər olaraq işlərində uğurlar arzulayırıq.