AZ / EN / RU
BANM-də "Ümumdünya əməyin mühafizəsi günü"

         Bakı Ali Neft Məktəbində (BANM) bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qeyd olunan “Ümumdünya əməyin mühafizəsi günü”-nə həsr olunmuş iclas keçirilib.

 

         Əsas məqsədi işçilərin diqqətini sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması və istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etmək olan tədbirdə BANM-ın Tədris və elmi işlər üzrə prorektoru, professor Ramiz Hümbətov, Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, İnzibati-təsərrüfat işləri üzrə prorektor Oktay Rzayev, Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndisi Xanım Ağasiyeva, Ali Məktəbin professor-müəllim heyəti və digər əməkdaşları iştirak ediblər.
 

         İclası açan BANM-ın Tədris və elmi işlər üzrə prorektoru, professor Ramiz Hümbətov ilk öncə əmək təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi, istehsalatda əməyin fasiləsiz təkmilləşmə yolları haqqında iştirakçılara məlumat verib.

 

         Daha sonra Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndis Xanım Ağasiyeva qeyd edib ki, bu il əməyin mühafizəsi günü “Əməyin mühafizəsi: gənc işçilər daha həssasdır” devizi altında qeyd olunur. Xanım Ağasıyeva qeyd edib ki, gənc işçilərin həyatı və sağlamlığı iş şəraitində təhlükəli istehsalat faktorlar ilə bağlı olaraq tez-tez risklə üzləşir. O həmçinin bildirib ki, bu məsələ ilə bağlı hər bir işçi üçün hüquqların qorunması, əməyin mühafizəsi, onun sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin prioritet məsələlərı sırasındadır və əməyin təhlükəsizliyi ilə bağlı dövlətin müvafiq qanunvericiliyini rəhbər tutaraq, BANM-da da işçilərin daim sağlam iş şəraitində fəaliyyəti üçün bütün təhlükəsizlik məsələləri yüksək şəkildə nəzarətə altına alınır, baş verə bilən təhlükənin qarşısının alınması üzrə tədbirlər planı işlənib hazırlanır.

 

        Sonda mövzu ətrafında müzakirələr aparılıb və əməyin mühafizəsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.