AZ / EN / RU
Leoben Montan Universiteti (Avstriya)

Bu gün Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer – Kaybiç, Avstiryanın İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən Departamentinin direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer, Avstriyanın Leoben Montan Universitetinin Neftin İstehsalı və Emalı şöbəsinin müdiri Herbert Hofstatter və ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov Bakı Ali Neft Məktəbində olmuşdur.

Qonaqları qəbul edən rektor cənab Elmar Qasımov bildirmişdir ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz və artıq transmilli şirkətə çevrilmiş,istər Azərbaycanda istərsə də ölkənin hüdudlarından kənarda fəaliyyətini genişləndirən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olmuşdur. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyinin söyləmişdir.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirmişdir ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Avstriya təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulamışdır ki, Bakı Ali Neft Məktəbi Avstriyanın neft-qaz və kimya sənayəsi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. O qeyd etmişdir ki, bu məqsədlə istər Avstriya Respublikasının Azərbaycandakı Səfirliyi, istərsədə ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyi vasitəsi ilə bu istiqamətdə bir çox danışıqlar aparılmışdır və bü danışıqların nəticəsi olaraq , biz qərara gəldik ki, Avstriyanın neft, kimya sənayəsin üzrə tanınmış universiteti olan Leoben Montan Universiteti ilə öz əməkdaşlığımızı genişləndirək.

Görüşdə iştirak edən Avstriya Respublikasının İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən Departamentinin direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer bildirmişdir ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübyə malik bir ölkədir və bu gündə bu sahə günü–günden inkişaf edir. O qeyd etmişdir ki, Biz Avstriyanı da Avropanın neft ölkəsi hesab edə bilərik. Avstriyanını şərqində böyük Neft yatagının oldugunu bildirən Artur Maurer bildirmişdir ki, il ərzində ölkədə 1 milyon ton civarında neft hasil edilir. Eyni zamanda O vurqulamışdır ki, Kimya sənayesi Avstriyada sürətlə inkişaf etməkdədədir və bunun nəticəsi olaraq Mərkəzi Avropanını ən böyük Kimya kompleksi Vyanda yerləşir. Hər iki dövlətin neft–kimya sahəsində uğurlu təcrübələr malik olduğunu bildirən Artur Maurer bu bilik və təcrübələrdən qarşılıqlı faydalanmaının əhmiyyətindən danışdı.

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer - Kaybiç Bakı Ali Neft Məktəbinə ikinci gəlişindən məmnunluq hissləri keçirdiyini bildirmişdir. Səfir Azərbaycanda müasir tipli texniki ali məktəbin yaradılmasının çox vacib olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, Avstriya hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır. Bu baxımdan Bakı Ali Neft Məktəbi ilə Avstriyanın tanınmış Leoben Montan Universiteti və digər təhsil və tədris mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirmişdir.

Bakı Ali Neft məktəbinin professor–müəllim və tələbə heyətinə Leoben Montan Universiteti haqqında ətraflı məlumat verən universitetin Neftin İstehsalı və Emalı Depratamentinin rəhbəri, professor Herbert Hofstattaer bildirmişdir ki, Bakı Ali Neft Məktəbi ilə bir çox layihələr çərçivəsində əməkdaşlıq etməyə hazırdırlar.

Azərbaycandan müasir standartlara cavab verən, Bakı Ali Neft Məktəbi kimi ali təhsil ocaqlarının açılmasından qürür hiss keçirdiyini bildiren ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov bildirmişdir ki, Nümayəndəlik olaraq Bakı Ali Neft Məktəbi ilə Avstriyanın neft-kimya sahəsində fəaliyyət göstərən mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində istənilən dəstəyi verməyə hazırdırlar.

Daha sonra Bakı Ali Neft Məktəbi ilə Leoben Montan Universiteti arasında gələcək əməkdaşlığın prespektivləri və birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılmışdır.